Kuba parlamentində keçirilən səsvermə nəticəsində Migel Dias-Kanel ölkənin yeni rəhbəri seçilib.
Yenicag.az xəbər verir ki, deputatlar onu Dövlət Şurasının sədri vəzifəsinə təsdiq ediblər.
Qeyd edək ki, M.Dias-Kanelin namizədliyi rəsmi şəkildə ötən gün təqdim olunmuşdu.
Bundan əvvəl Migel Dias-Kanel Dövlət Şurası sədrinin birinci müavini vəzifəsində işləyirdi. O, 1959-ci il inqilabından sonra Kastro ailəsindən olmayan ilk dövlət başçısına çevrilib.
Qeyd edək ki, Kubanın hazırkı prezidenti Raul Kastro vəzifəsini tərk etmək qərarına gəlib.