Lamiyə Quliyeva “süni mayalanma” iddiasını rədd etdi, uşağın atası isə… – Video

media-hightechnic-468x90

lamiyeXeyli müddətdir Azərbaycan mediasının gündəminə çevrilmiş Lamiyə Quliyeva da ANS telekanalına müsahibə verib. 4 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan L.Quliyeva necə hamilə qalmasından, eləcə də barəsindəki digər suallarla bağlı danışıb: “Mənim uşağımın atası məhkumdur. Onunla könüllü şəkildə görüşmüşük, DNT testi də verilib, nəticələr də məlumdur. Dustaqlıqda belə bir şey var ki, əlaqə saxlaya və görüşə bilirsən. Mən axırıncı dəfə Kürdəxanıya göndəriləndə onunla tanış oldum”.
L.Quliyeva süni mayalanma məsələsinə belə münasibət bildirib: “Bunlar boş sözlərdir. Elə bir şey mümkün olsaydı, bütün qadın məhkumlar ana olardı. Mən nə laborant, nə də professoram ki, elə bir şeyə əl atım. Sadəcə olaraq biz danışdıq və görüşdük. Bizə şərait yaradıldı və görüşdük. Düzü bilmirdim ki, ana olacam. Amma o məqsədlə görüşdük ki, mən ana ola bilim. Bəlkə də o, ailəlidir, övladı var və ailəsini qorumaq üçün, ya da bizim görüşümüzə şərait yaradan adamı satmamaq üçün belə deyir. Bunlar iyrənc söhbətlərdir”.

L.Quliyeva ondan istifadə edilməsi ilə bağlı suala belə cavab verib: “Mən istəyərdim ki, məndən silah kimi istifadə etməsinlər. Bu məsələni, nə mən, nə mənim ailəm ictimailəşdirib. Xahiş edirəm, insanlar, cəmiyyət məni qınamasın. Mən əxlaqsızlıq deyiləm, nə seksual çatışmazlığım var, nə də kefimdən belə etmişəm. Sadəcə bunu etməkdə bir məqsədim olub ki, görsünlər ki, mən də varam”.

L.Quliyeva onun 4 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq rəisi ilə münasibətinin olması ilə bağlı iddialara rəy bildirib: “Mənim həmin insanla rəis-məhkum münasibətim olub. Onun vaxtında aldığım cəzaları heç vaxt almamışam”.

***

Həbsxanada dünyaya gətirdiyi uşağı ilə yenidən gündəmə gələn Lamiyə Quliyevanın övladının atası da danışıb.

Yenicag.az-ın məlumatına görə, ANS telekanalına müsahibə verən Elnur Məmmədrəsul oğlu Rəsulav L.Quliyevanın dediklərini təkzib edib və onunla birbaşa təmasda olmadığını bildirib. E.Rəsulov L.Quliyevaya sperma göndərdiyini vurğulayıb: “Mən onun sözü ilə aldanmışam. İstəmirəm kiminsə sözü ilə ailəm dağılsın. Orda hava yeri vasitəsi ilə danışırdıq. Ayrı-ayrı kameralarda idik. O, ikinci mərtəbədə idi, mən isə birinci mərtəbədə. O, tez-tez məhkəməyə gedib-gəlirdi. Bir dəfə məhkəmədən gələndə mənə dedi ki, kişiyə məxsus olan o şeydən lazımdı (spermanı nəzərdə tutur). İzah etdi ki, üzü səpib və üzünə vurmaq üçün istəyir. Səhərisi gün mənə iplə yumru formalı qab göndərdi. İstədiyi şeyi qabla göndərdim. Bir-iki həftə keçmişdi ki, mənə dedi ki, deyəsən, mən hamiləyəm. Dedim ki, ola bilməz”.

E.Rasulov təcridxanada görüşməklərinin qeyri-mümkün olduğunu deyib və L.Quliyeva ilə birbaşa təmaslarının olmadığını vurğulayıb.

Qeyd edək ki E.Rəsulov ailəli olduğu üçün efirdə üzünün görünməsinə etiraz edib.

 

https://www.youtube.com/watch?v=MQ7SiDNDXSY

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600