!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lavrovun Bakı səfərindən sonra gözlənilən DƏYİŞİKLİK: “Ermənistan yolundan dönməzsə...” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Birgə bəyanatın şərtlərini Ermənistan və bəyanatın zəmanətçisi olan Rusiya mütləq şəkildə yerinə yetirilməlidir”.

Bunu Azərbaycan-Ermənistan münasibətlərinin Rusiya-Azərbaycan danışıqlarından sonra necə dəyişəcəyini şərh edən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Lavrovun Avro0pa İttifaqının missiyasının Ermənistana gəlməsindən narahatlığını bildirməsi Azərbaycan maraqlarına zidd deyil:

“Azərbaycan Avropa İttifaqının hərbiləşdirilmiş ikinci missiyasının təyin edilməmiş sərhədlərə gəlməsinin əleyhinədir. Biz Lavrovdan Qarabağdakı separatçı rejimin hərbçilərinin çıxarılması və Rusiyanın nəzarət altına aldığı Zəngəzur dəhlizi ilə bağlı açıqlama gözləyirdik.

Əfsuslar ki, bu məsələlər haqda konkret fikirlər söylənmədi. Ancaq istənilən halda birgə bəyanatın şərtlərini Ermənistan və bəyanatın zəmanətçisi olan Rusiya mütləq şəkildə yerinə yetirilməlidir.

2023-cü il bizim üçün kritik ildir. Çünki rus sülhməramlıların fəaliyyətinin müddətinin ikinci yarısı başlayır. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinin şahidiyik. Bütün bu faktları nəzərə alaraq Ermənistan fəaliyyətində ciddi dönüşə yol verməzsə, Azərbaycanın həm Ermənistanla sərhəddə, həm də rus sülhməramlıların fəaliyyət göstərdiyi ərazinin perimetri boyu müəyyən cəzalandırma, qisas və ya digər hərbi əməliyyatları ilə qarşılaşa bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv