!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ledi Qaqanın modelyeri Bakıda-FOTO

!Reklam – Yazi

7f6a36b5359fBakıda möhtəşəm moda şousu keçirilib. “Four seasons” oteldə “HADIJE MARKA”nın təqdimatı (Turkish Fashion Day) baş tutub.

Təqdimatda Orlando Bloom kimi dünya ulduzuyla çalışmış Özgür Mansur, Sofia Buşla işbirliyində olan Dilek Hanif, Ledi Qaqaya geyim hazırlayan Zeynep Tosun, uzun müddət Ajda Pekkanın şəxsi dizaynerləri olmuş Raisa Vanessa, Tuvanna Büyükçinar, Zeynep Erdoğan, Gamze Saraçoğlu, Serli Keçeoğlu, Özlem Suer və Türkiyədə modanın yaradıcılarından hesab edilən Yıldırım Mayruk kimi məşhurlar olub.

Bir-birindən gözəl libasları təqdim edilən gecənin baş manikeni azərbaycanlı Günay Musayeva olub. Dizaynerlər azərbaycanlı modasevərlər üçün 75-ə yaxın paltar nümayiş etdirilib.

Gecənin rəngləri isə boz, gümüşü, qızılı, qara və qırmızı olub. Bu rənglərin ön planda olduğu defilədə ipək, tüldən hazırlanan geyimlər svarovski daşlar, tük və krisrallarla bəzədilib.

Nərgiz Cəlilovanın aparıcılığı ilə baş tutan “Turkish Fashion Day” Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutub.
Gecədə yerli şou-biznesdən Zülfiyyə Xanbabayeva, Zamiq, Azərbaycanın “Eurovision” təmsilçiləri olan Samir Cavadov, Elnur Hüseynov, Miri Yusif, Briliant Dadaşov, İlqar Muradov və başqa tanınmışlar da iştirak ediblər.

Nümayişi işıqlandırmaq üçün Türkiyənin tanınmış “Hürriyet”, “Sabah”, “Habertürk”, “Akşam” qəzetlərinin, eləcə də Star və Kanal D kanallarının nümayəndələri iştirak ediblər.

2e69f6765884 7f6a36b5359f 9da2ef642015 75e36d9cf3bd 151cf5bc3558 797bd632dce8 9930c0b869c9 30961c51c5f5 d00a93d623ee e3aa27350297 e85ad63d24d8 f5778ff039ea 91621da03d66 497979c3b5aa 078300852dad

COP29

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv