Lənkəran sakinində tapança aşkarlandı

media-hightechnic-468x90

Lənkəran rayon sakinində tapança aşkarlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində odlu silah saxlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Rafiq Kələntərov Beyləqan şəhəri ərazisində saxlanılıb.

Onun üzərində axtarış aparılan zaman 1 ədəd “Revolver” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa