Lənkəranda 124-cü teatr mövsümü başlayıb

media-hightechnic-468x90

cbbd0e26e29ef525b6610ae69a28a1f6Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı sentyabrın 19-da özünün növbəti-124-cü mövsümünə start verib.

Bu münasibətlə keçirilən açılış mərasimində çıxış edən teatrın direktoru Tofiq Heydərov ötən mövsümün yekunları və cari mövsümdə yaradıcı kollektivin qarşısında duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Şəki şəhərində keçirilən Birinci Beynəlxalq Teatr Festivalında italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” tamaşası ilə çıxış edən Lənkəran teatrının truppası qazandığı yüksək nailiyyətə görə təşkilat komitəsinin diplomu və xatirə hədiyyələri ilə mükafatlandırılıb. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Rəsilə Əliyeva çıxış edərək teatrın kollektivinə bundan sonra da uğurlar qazanmağı arzulayıb. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600