Lənkəranda uçan körpü ilə bağlı rəsmi məlumat

media-hightechnic-468x90

1995c0e3c68a50aec3b38f0a15854d29“Azərsu” prezidenti barədə ilginc iddiaƏlət-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpünün uçması ilə bağlı rəsmi açıqlama yayılıb.

Bu haqda məlumat “Azəryolservis” ASC-nin saytında yer alıb.

Məlumatda deyilir ki, ötən gün saat 20:00 radələrində körpünün orta aşırımında ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində 3 ədəd aşırım tiri sınıb. Qəza nəticəsində körpü qəzalı vəziyyətə düşüb. Körpü üzərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Minik avtomobillərinin sürücüləri yaxınlıqdakı alternativ körpüdən istifadə etməklə hərəkətlərini davam etdirə bilərlər. Ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün isə çay yatağına boru düzülərək alternativ yol düzəldilir. Yol yaxın saatlarda tam hazır olacaq. Bundan başqa nəqliyyat vasitələri alternativ olaraq M-3 (186 km)-Boladi-Zövlə yolundan istifadə edə bilərlər.

Məlumat üçün qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600