Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan, ATƏT-in Minsk qrupu çərçivəsində qəbul edilmiş şərtlərə əsasən işğal edilmiş Dağlıq Qarabağ ətrafı torpaqların Azərbaycana qaytarılmasının lazım olduğunu söyləyib.
Yeniçağ.Az Sputnik-ə istinadən xəbər verir ki, Ermənistanın sabiq prezidenti problemin yalnız ATƏT-in Minsk qrupu çərçivəsində həllinin mümkün olduğunu qeyd edib:
“Torpaqlarn geri qaytarılması bizdən və ya Azərbaycandan asılı bir məsələ deyil. Əgər biz bu torpaqları könüllü şəkildə qaytarmasaq, bir gün bu torpaqlar bizdən sanksiyalar vasitəsilə alınacaq.”
Ter-Petrosyan bildirib ki, erməni tərəfi Bakını belə alsa, dünya buna icazə verməz, buna görə də erməni xalqı çətin və ağrılı qərarlara hazır olmalıdır.
Həmçinin eks prezident vurğulayıb ki, əgər Serj Sarkisyan bu istiqamətdə hərəkət edərsə, ona dəstək olacaq.
Yeniçağ.Az
www.yenicag.az