Müğənni Zamiq Hüseynov yeni klipini xanımlara həsr edib.
Yenicag.az xəbər verir ki, “Просто будь” adlı mahnının sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur.
Sənətçi klipini “İnstagram” hesabında paylaşıb və “Əziz dostlar. Qoy bu mahnı 8 mart bayramı münasibətilə xanımlar üçün ən gözəl hədiyyə olsun”,- sözlərini qeyd edib.
Rus dilində yazılan bəstənin musiqisi Alxanlı, aranjimanı isə Yaşar Baxışa aiddir. Türkiyədə lentə alınan ekran işinin rejissorluğunu Zəhra Quliyeva edib.
Nehru