Leyla Əliyevadan növbəti təşəbbüs – Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verildi

media-hightechnic-468x90

Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən “Mother Teresa” Universitet Xəstəxana Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yeni təchiz olunmuş pediatrik sedasiya otağının açılışı olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu humanitar təşəbbüs çərçivəsində  tərəfindən müasir anesteziya aparatı və sedasiya otağının tam təchiz edilməsi üçün zəruri avadanlıqlar təqdim edilib.

Tibbi və cərrahi prosedurlar zamanı sedasiyaya ehtiyacı olan pasiyentlər üçün nəzərdə tutulan otağın yaradılması Albaniya dövlət xəstəxanasında pediatrik xidmətlərin keyfiyyətinin artırılmasına bir töhfədir.

Bu təşəbbüs Heydər Əliyev Fondunun uşaqların sağlamlığı və rifahına yönələn fəaliyyətinin, eləcə də Azərbaycan ilə tərəfdaş ölkələr arasında humanitar əlaqələrin möhkəmləndirilməsində fəal rolunun daha bir təsdiqidir.

Açılış tədbirində Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov, “Mother Teresa” Universitet Xəstəxana Mərkəzinin direktoru və tibb müəssisəsinin kollektivi iştirak ediblər.

Səfir Anar Hüseynov Azərbaycan ilə Albaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, belə təşəbbüslər iki ölkə arasında dostluq münasibətlərinin genişlənməsinə yönəlib.

“Mother Teresa” Universitet Xəstəxana Mərkəzinin direktoru və tibb heyəti Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edərək, bu təşəbbüsü Albaniyada pediatrik səhiyyə xidmətlərinin inkişafına töhfə kimi yüksək qiymətləndirib.

media-10fousv8tlji6kztmowdo380gq1pfbb5z1atbrcn_1200 media-ln1kqmlyrwiyfvgyl0kycqwdt9ovcg2niv789yzl_1200 media-m5gype2u8nreugywbltxqfl27rm5jqjxxeuh70wh_1200 media-ofrggn9fkdtw5yq6tkiy4w5lbsaoff30dt2cqjso_1200 media-snvxaiz6474xu3x83rseo4u8sgimf4ha9xl0clxz_1200

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05