“Macar Rapsodiya Layihəsi” Azərbaycanda çəkilişlər edir - FOTOLAR

media-hightechnic-468x90

Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” ansamblı ölkəmizdə daha bir musiqi layihəsi üzrə çəkilişlər aparır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, ideya üzrə iki ölkənin incəsənət ustaları, beynəlxalq səviyyədə tanınmış saksofonçu və bəstəkar Balint Barsoninin (Balint Barsony) rəhbərliyi ilə yaradılmış musiqi ansamblı, Azərbaycanın tanınmış muğam ifaçıları – Xalq artisti Mənsum İbrahimov və Muğam Televiziya Müsabiqəsinin qalibi Kamilə Nəbiyeva arasında yaradıcı əməkdaşlıq həyata keçirilir. Əsas məqsəd türk-macar mədəni əlaqələrinin musiqi izlərini müasir və özünəməxsus musiqi dili vasitəsilə canlandırmaqdır.

Əməkdaşlıq çərçivəsində “Mehriban olaq” və “Sarı gəlin” kompozisiyaları üzrə videoçarxlar da çəkilmişdir. Çəkilişlər Azərbaycanın müxtəlif məkanlarında — Beynəlxalq Muğam Mərkəzi, Qız Qalası, Heydər Əliyev Mərkəzi, “Sea Breeze”, Beşbarmaq dağı və Xəzər dənizi sahilləri kimi ölkəmizin gözəl guşələrində lentə alınıb.

“Macar Rapsodiya Layihəsi” 2014-cü ildə Balint Barsoninin rəhbərliyi ilə yaradılıb. Səfər çərçivəsində kollektivin Beynəlxalq Muğam Mərkəzində konserti də keçirilib.

“Macar Rapsodiya Layihəsi” Almaniya, Slovakiya, Rumıniya, Türkiyə, Qazaxıstan, Çin və bir sıra digər ölkələrdə çıxışlar edib. Bu çıxışlar yalnız musiqi proqramı deyil, həm də mədəni dialoq və qohum xalqlar arasında əlaqələri gücləndirən yaradıcı platformadır./APA/

media-69f1abc88d56069f1abc88d561177744583169f1abc88d55e69f1abc88d55f media-69f1abc88034a69f1abc88034b177744583169f1abc88034869f1abc880349 media-69f1abc8720ba69f1abc8720bb177744583169f1abc8720b769f1abc8720b9 media-69f1abc85859869f1abc858599177744583169f1abc85859669f1abc858597 media-69f1abc86583f69f1abc865840177744583169f1abc86583d69f1abc86583e media-69f1abc83d42d69f1abc83d42e177744583169f1abc83d42a69f1abc83d42b media-69f1abc8350d169f1abc8350d2177744583169f1abc8350ce69f1abc8350cf media-69f1abc827d7c69f1abc827d7d177744583169f1abc827d7869f1abc827d7a media-69f1abc81a78069f1abc81a781177744583169f1abc81a77d69f1abc81a77f media-69f1abc80bb5c69f1abc80bb5d177744583169f1abc80bb5969f1abc80bb5b media-69f1abc7ec3fd69f1abc7ec3fe177744583169f1abc7ec3fb69f1abc7ec3fc

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05