Leyla Yunus Baş Prokurorluqda dindirilir
Hüquq müdafiəçisi hazırda Baş Prokurorluqda dindirilir.
L.Yunusun həyat yoldaşı Arif Yunusovun verdiyi məlumata görə, o, Türkiyədən Azərbaycana deportasiya edilən və daha sonra barəsində həbs qətimkan tədbiri seçilən jurnalist Rauf Mirqədirovun işi ilə bağlı dindirilir.
L.Yunusun vəkilinin dindirilməyə buraxılmadığı bildirilir.
Daha ətraflı məlumat almaq üçün Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova etdiyimiz zənglər cavabsız qaldı.