“Leyla Yunus insanlığı yox, əclaflığı bacarır”

media-hightechnic-468x90

3066Hüquq müdafiəçisi Leyla Yunusun fəaliyyəti sabiq əqidə yoldaşlarını hövsələdən çıxarıb.

L.Yunusun Azərbaycan hakimiyyəti əleyhinə davamlı çıxışları, son olaraq isə gələn il Bakıda keçiriləcək Avropa Yay Oyunları əleyhinə başlatdığı kampaniya etirazla qarşılanıb.

Hüquq müdafiəçisinin qeyd olunan fəaliyyətinə yönəlik Gün.Az-a açıqlama verən vaxtilə L.Yunusun da üzvü olduğu Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə sözügedən xanımın əsas əqidəsinin pul olduğunu deyib:

“Leyla Yunusu uzun müddətdir tanıyan şəxs kimi qəti şəkildə deyirəm ki, o adam insanlığı yox, əclaflığı bacarır.

O adam üçün əqidə adına tək bir şey var – o da puldur. Leyla üçün ürək də, göz də, hətta otuz iki diş də puldur. İndi də öz hərəkətləri ilə pula görə nələrə getməyə hazır olduğunu göstərir.

Mən sizə deyim ki, Zərdüşt Əlizadə 1989-cu ildə məhz Leylaya görə AXC-dən getdi. Leylaya olan hücumların qarşısına özü çıxdı və zərbələr aldı.

Amma üstündən bir az keçəndən sonra Leyla ən ağır söyüşlərlə təhqir etdiyi Əbülfəz Elçibəyin yanına qayıtdı, polkovnik rütbəsində Müdafiə Nazirliyində işə düzəldi. Bax, budur onun əqidəsi.

Leyla özünü hüquq müdafiəçisi adlandırır. Amma Müdafiə Nazirliyində işlədiyi vaxt suyu bir saat gəlmədiyi üçün əsgərləri göndərib “JEK”dəkiləri döydürmüşdü.

İnsana, onun hüquqlarına səmimi hörməti olan adam vəzifəsinə arxalanıb belə yaramazlıq etmir axı…

Leyla həm də çox böyük intriqa ustasıdır. Bizim partiyada olanda hətta məni sədrlikdən uzaqlaşdırmaq üçün özü ağılda olan bəzi qadınlarla gecə saat üçdə iclas keçirməyə uğursuz cəhd etmişdi.

Yəni adam budur da, nə deyəsən…”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600