Liderlər atəşkəs haqda danışdı

media-hightechnic-468x90

79704Yenicag.az anspress-ə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkellə telefon danışığı aparıb.

3 tərəfli danışıqlar zamanı liderlər Donbasda atəşkəsin hər iki tərəfin riayət etməsinin vacibliyini qeyd ediblər.

Bundan əlavə 3 ölkə başçısı tezliklə “Normand formatı” çərçivəsində növbəti telefon əlaqəsi quracaqları barədə razılıq əldə ediblər.

Qeyd edək ki, 12 fevral danışıqlarına əsasən bu gün Ukrayna vaxtı ilə saat 00:00-da atəşkəs elan olunub. Atəşkəs Ukrayna prezidenti və qondarma qevvələr tərəfindən rəsmi elan edilib.

Hələ ki, atəşkəs rejiminin pozulması barədə məlumat yayılmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600