!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Liderlik Akademiyası”nda növbəti görüş və təlim keçirildi

!Reklam – Yazi

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB-nin və “Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Liderlik Akademiyası”nda növbəti görüş və təlim keçirilib.

Yenicag.az xəbər verir ki, məktəblilərin “Liderlik Akademiyası”nda növbəti görüş və təlim Azərbaycan Könüllü Təşkilatları İttifaqında baş tutub.

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB-nin sədri Toğrul Allahverdili, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İB-nin sədri, Mətbuat Şurası idarə heyətinin üzvü, XTQ qazisi Bəhruz Məmmədzadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev, Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzinin idarə heyətinin sədri Fidan Azərqızı, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədr müavini, Aprel döyüşləri qazisi, XTQ-nin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev, Niderland krallığından görüşə qatılan “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva və Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Kəmalə Cəlilova, “Liderlik Akademiyası”na cəlb olunmuş şagirdlər, valideyn və müəllimlər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, “Liderlik Akademiyası” uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.

Liderlik Akademiyası”na cəlb olunan uşaqlara ölkəmizin tanınmış şəxsləri, ictimai, siyasi, elm, təhsil, mədəniyyət xadimləri tərəfindən insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlam həyat tərzi və digər mövzularda çıxışlar olub. “Liderlik Akademiyası”nda Azərbaycanın tanınmış ziyalıları ilə görüşlərin, interaktiv məşğələlərin uşaqların daha çox bilik əldə etməsinə, layiqli vətəndaş ruhunda yetişməsinə kömək etdiyi bildirilib.

Tədbirdə iştirak edən qonaqlar respublikamızda uşaq və gənclər siyasətinin uğurla davam etdirildiyini, təmsil etdikləri qurumların uşaq hüquqları ilə bağlı prioritetlərini qeyd edib, bu gün böyük uğurlara imza atmış Liderlik Akafemiyasında təmsil olunan məktəblilərinə bilik və intellektual səviyyəsindən, fəal vətəndaşlar kimi tərbiyələnməsindən məmnun olduqlarını vurğulayıblar.

Tədbirdə qonaqlar şagirdlərin suallarınl cavablandırıblar.

Qeyd edək ki, “Liderlik Akademiyası” “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB-nin və “Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərir.

Gənc liderlər sertifikatlarla təltif olunacaqlar. Hazırda birinci “Liderlik Akademiyası”nda Bakı şəhərinin Rəfael Hüseynov adına 49 №-li intellekt məktəb-liseyi və M.Rahim adına 7 nömrəli tam orta məktəblərdə təhsil alan 40 şagird könüllü şəkildə cəlb olunub.

COP29

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv