Livanda bitişik iki bina çökdü: 13 nəfər həlak oldu
Livanın şimalında yerləşən Tripoli şəhərində bir-birinə bitişik iki bina çöküb.
Yenicag..az Livan mətbuatının məlumatına istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər həyatını itirib.
Hadisə Tripoli şəhərinin Tebbənə məhəlləsində baş verib.
Dünən çökmüş binaların dağıntıları altında qalan şəxslərin axtarışı üçün əraziyə xilasedici qruplar cəlb olunub.
Aparılan axtarış-xilasetmə işləri nəticəsində indiyədək 13 nəfərin meyiti tapılıb, 9 nəfər isə yaralı halda dağıntılar altından çıxarılıb.
Rəsmilər dağıntılar altında hələ də insanların qala biləcəyini bildirir və bu səbəbdən axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edirlər.












