Londonda saxlanılan 6 şəxs terror aktları hazırlamaqda şübhəli bilinirlər

media-hightechnic-468x90

Londonda saxlanılan 8 şəxsdən 6-sı terror aktları hazırlamaqda şübhəli bilinirlər.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, polis Uels, Birmingem və Londonda bir neçə ünvanda axtarışlar keçirib.

Bundan əvvəl 8 nəfər Londonda törədilən terror aktı ilə əlaqəli olmaqda şübhəli bilinirdilər.

Son məlumata görə, terror aktı nəticəsində 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Terrorçu Kent qraflığının sakini 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa