!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Lotu Quli" axtarışa verildi  

!Reklam – Yazi

Bir müddət əvvəl azadlığa çıxan “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən axtarışa verilib.

Yenicag.az xəbər verir ki, Rusiya mətbuatı məlumat yayıb.

Yayılan xəbərə görə, “qanuni oğru” oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, “Lotu Quli” Rusiyanın paytaxtı Moskvada adam oğurluğu və onlardan pul qoparılması ilə bağlı göstəriş verib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.

Qeyd edək ki, Nadir Səlifov azadlığa çıxandan sonra Türkiyənin İstanbul şəhərinə köçüb.

COP29

www.yenicag.az

8590
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv