!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lotu Quli”nin adamlarına silahlı hücum

!Reklam – Yazi

Dünən Ukrayna KİV-i Odessada iki azərbaycanlının – Gürcüstan vətəndaşı İlham Hacıyev və Oktay Arxalının həyatına sui-qəsd edildiyi barədə məlumat yayıb.

O da bildirilib ki, onlar nüfuzlu “qanuni oğru”, Quli ləqəbi ilə tanınan Nadir Səlifovun etibar etdiyi adamlardır. Məlumata görə, İlham Hacıyev və Oktay Arxalıya BMW 5 avtomobilində hücum edilib.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, killerlərin hücumu mayın 28-də gecə, Qaqarin küçəsində baş verib. Onların hər ikisi yüngül yaralanıb.

Yaralananlar Odessada tibb müəssisəsinə müraciət etsələr də, orada qalıb müalicə olunmaqdan imtina ediblər.

Bəzi məlumatlara görə, İlham Hacıyev və Oktay Arxalı hazırda Azərbaycanda həbsxanada cəza çəkən və yaxın gələcəkdə azadlığa çıxacağı ehtimal olunan “qanuni oğru” Qulinin etibarlı adamları sayılırlar.

Digər məlumata görə, xəsarət alanlardan biri-İlham Hacıyev digər azərbaycanlı “qanunçu” Albert Rıjiyə 2014-cü ilin mart ayında Sankt-Peterburqda edilən sui-qəsdin təşkilatçısıdır.

Ukrayna KİV-i bildirir ki, killerlər kriminal aləmdə Rafiq Eyvazov (Masallinski) kimi məşhur olan başqa bir avtoritetin sifarişini yerinə yetiriblər. Onlar bunu qisas almaq cəhdi kimi qələmə verirlər. Xatırladılır ki, “Lotu Quli”nin adamları İstanbulda Rafik Eyvazovu döyərək qulağını kəsmişdilər. Başqa sözlə, vurğulanır ki, 2016-cı il dekabrın əvvəlində Rafik Masallinski İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin əmisi oğlu ilə görüşdüyünə və Qulinin qardaşlarının yaşadığı yeri göstərməyə razılaşdığına görə cəzalandırılmışdı.

Ancaq məlumatlı mənbələrin virtualaz.org-a verdiyi məlumata görə, Odessadakı silahlı hücumda Rafiq Eyvazovun iştirakı haqda xəbər həqiqəti əks etdirmir. Əslində “Lotu Quli”yə yaxın adamlara sui-qəsd cəhdinin təşkilatçısı Rövşən Lənkəranskinin Dovşancığaz (Zayka) ləqəbli əmisioğlu Zaur Məmmədovdur. Hansı ki, Rövşən Lənkəranskinin ölümündən sonra Rusiya paytaxtında bir sıra bazarlarda öz təsir dairəsini genişləndirib.

Onu da xatırladaq, keçən ilin avqustunda öldürülən Rövşən Lənkəranskinin qətlinin təşkilində məhz “Lotu Quli” şübhəli bilinir.

Yenicag.az

COP29

www.yenicag.az

1034
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv