Azadlığa çıxdıqdan sonra Türkiyənin İstanbul şəhərini özünə məskən seçən “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov burada çox qala bilmədi.
Yenicag.az xəbər verir ki, onun fəaliyyətindən narahat olan Türkiyə höküməti Səlifovu ölkədən çıxararaq onu arzuolunmaz şəxs elan edib.
İstanbuldan Dubaya yollanan “Lotu Quli”nin hazırda Rusiyanın Sankt-Peterbuq şəhərində olduğu ehtimal edilir. Lakin burada Səlifovun işləri qaydasında getməyə bilər. Məsələ burasındadır ki, 2016-cı ildə İstanbulda qətlə yetirilən digər azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil olan Hacı Beyləqanski də məhz sözügedən şəhərdədir. Bu səbəbdən onların tezliklə qarşı-qarşı gələcəyi istisna deyil.
Bu arada Yenicag.az “Lotu Quli”nin Türkiyədən çıxarıldıqdan sonra çəkilmiş videosunu əldə edib. Videodan göründüyü qədəri ilə Səlifov məkanların birində öz yaxınları ilə bir masa ətrafında yığışıb.
www.yenicag.az