Lukaşenko paradda iştirak etməkdən imtina etdi

media-hightechnic-468x90

210235-top_foto1-r2insBelarus prezidenti Aleksandr Lukaşenko Moskvada 9 May – Qələbə günü münasibəti ilə keçiriləcək paradda iştirak etməyəcək.

Belarus prezidenti mayın 9-da Minskdə təşkil olunacaq paradı qəbul etməyə qərar verib. Prezidentin sözlərinə görə, hərbi paradı yalnız ali baş komandan qəbul edə bilər.

Lukaşenkonun sözlərinə görə, o 7-8 may tarixlərində Moskvaya səfər etmək və Naməlum Əsgərin məzarına gül çələnglərinin qoyulması mərasimində iştirak etmək niyyətindədir: “Mayın 8-də, hətta gecə olsa belə, Minskə qayıdacam və mayın 9-da paradı qəbul edəcəm”.

“Belta”nın məlumatına görə, Belarus prezidenti mayın 9-da Moskvaya səfər etməkdən imtina etmiş digər siyasətçiləri qınayıb: “Mən əvvəl Moskvada mayın 9-da təşkil olunacaq bayram tədbirlərinə iştirak edəcəklərinə söz verən, bu gün isə təkəbbürlə imtina edən siyasətçiləri dəstəkləmirəm. Əgər sən vətənində məşğulsansa, bu başqa məsələdir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600