“Lukoyl” neft şirkəti yardım istədi

media-hightechnic-468x90

65318_res_01Sanksiyalarla üzləşən “Lukoyl” neft şirkəti hökümətdən yardım istəyib.

Şirkətin prezidenti Vahid Ələkbərov bölüşdürülməmiş karbohidrat yataqlarından istifadə edə bilmək üçün hökumətə müraciət edib. Bu barədə Rusiyanın enerji nazirinin müavini Kiril Molodtsov məlumat verib. Onun sözlərinə görə, hazırda Rusiya Enerji Nazirliyi Təbii Sərvətlər, İqtisadi İnkişaf və Maliyyə Nazirliyi ilə birgə sanksiya tətbiq edilən neft şirkətlərinə necə yardım edilməsinin yollarını araşdırır.

Xatırladaq ki, sentyabrın 19-u Vahid Ələkbərov şirkətinin kömək üçün hökumətə müraciət etməyəcəyini demişdi.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya şirkətləri siyahısında “Lukoyl”un da adı vardı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600