!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Lüksemburqdan mühüm QƏRAR - Azərbaycanla oyun öncəsi dronların uçuşu qadağan edildi

!Reklam – Yazi

Lüksemburqda beynəlxalq futbol matçlarında dronlardan istifadə qadağan edilib.

Yenicag.az xəbər verir ki, hökumət yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunun Azərbaycanla oyununda baş verə biləcək mümkün təxribatın qarşısını almaq üçün bu addımı atıb.

İkinci Qarabağ müharibəsinin yenicə başa çatdığını nəzərə alan müvafiq qurumlar görüşün baş tutacağı “Jozi Bartel” stadionunun üzərində dronların uçuşuna qadağa qoyub. Qadağanı pozan şəxsləri 8 gündən 1 ilə qədər həbs cəzası və 12-248 avro məbləğində cərimə gözləyir.

Qeyd edək ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin “Düdelanj” – “Qarabağ” oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi./Report/

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv