Macarıstan yığmasının bu futbolçuları Azərbaycanla oyunda iştirak etməyəcəklər

media-hightechnic-468x90

Macarıstan yığması Azərbaycan və Uelslə keçirəcəyi Avropa çempionatının seçmə oyunlarından əvvəl futbolçu itkisi ilə üzləşib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, “Uypeşt” klubunun futbolçusu Donat Joter məşq vaxtı zədələndiyi üçün sıradan çıxıb. 23 yaşlı hücumameylli yarımmüdafiəçi artıq millinin düşərgəsini tərk edib.

Daha 2 zədəli – Tamaş Kadar və Barnabaş Bese isə komanda ilə birgə Bakıya gələcəklər. Bu addım tibbi heyətin daimi işləyərək, onları sağaltması üçün atılıb.

Joter 2018/2019 mövsümündə “Uypeşt”in heyətində “Neftçi”yə qarşı Avropa Liqasının I təsnifat mərhələsinin hər iki görüşündə (1:3, 4:0) forma geyinib. O, Budapeştdəki qarşılaşmada qollardan birinin müəllifi olub.

Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də “Bakcell Arena”da üz-üzə gələcək. Uelslə qarşılaşma isə iyunun 11-də Budapeştdə olacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05