Madaqaskarda kütləvi iğtişaşlar zamanı 22 nəfər öldü

media-hightechnic-468x90

Madaqaskarda iğtişaşlar zamanı azı 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk mənbəni açıqlamadan bildirib.

“Azı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Həlak olanlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən öldürülən etirazçılar və ətrafdakılar, habelə iğtişaşlar və qarətlər zamanı həlak olanlar var”, – təşkilatın saytında bildirilib.

Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda elektrik enerjisinin və suyun kəsilməsinə qarşı nümayişlər başlayıb və iğtişaşlara çevrilib. İğtişaşlar bu günə qədər fasilələrlə davam edir. Vəziyyəti sakitləşdirmək üçün yaradılmış Baş nazir Kristian Ntsayın sədrlik etdiyi Milli Konfransın müştərək orqanı sentyabrın 29-da Madaqaskar Universitetinin kampusunda dinc etirazçılar arasında silahlı şəxslərin də olduğu barədə bəyanat yayıb./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa