Madyar Zelenskidən “Drujba” kəmərinin bərpasını tələb etdi
Macarıstanda seçkilərdə qalib gəlmiş “Tisa” partiyasının lideri Peter Madyar Ukrayna Prezidenti Volodimir Zelenskini “Drujba” neft kəmərinin fəaliyyətini tez bir zamanda bərpa etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, “İnterfaks“ın məlumatına görə, Madyar bildirib ki, Macarıstan bu məsələdə heç bir təzyiq və ya şantajı qəbul etməyəcək.
O vurğulayıb ki, enerji təhlükəsizliyi ölkəsi üçün prioritet məsələdir və kəmərin işləməsi bu baxımdan böyük əhəmiyyət daşıyır./Apa/













