!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı

!Reklam – Yazi

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nda və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda deyilir ki, Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğunun geniş vüsət alması, bazar iqtisadiyyatı münasibətlərinin mövcudluğu, cəmiyyətin həyatında irimiqyaslı islahatların həyata keçirilməsi iqtisadiyyat və xidmət sahələrinin, o cümlədən ekologiya, rəqəmsal və elektron ticarətin, optimal idarə etmənin, kompüter elmləri və texnologiyalarının, nəqliyyat və logistika infrastrukturunun inkişaf etdirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, ağıllı şəhər və kəndlərin layihələndirilməsi və idarə olunması üçün tədbirlərin görülməsini zəruri edir. Bununla əlaqədar, qeyd olunan sahələrin müxtəlif problemlərini tədqiq edə biləcək magistrlərin hazırlığına ciddi ehtiyac yaranıb.

Qeyd olunanları, ali təhsil və müvafiq istehsalat müəssisələrinin müraciətlərini nəzərə alaraq, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın Hüquqşünaslıq ixtisasına “Ekologiya hüququ”, Kommersiya ixtisasına “Elektron kommersiya”, Riyaziyyat ixtisasına “Aktuar riyaziyyat”, Kompüter elmləri ixtisasına “Kompüter elmləri və texnologiyaları”, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasına “Logistika və nəqliyyat”, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına “Kibertəhlükəsizlik”, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi ixtisasına “Şəhər infrastrukturunda smart texnologiyalar” ixtisaslaşmaları, eləcə də Təsnifata yeni “Şəhərsalma” ixtisası və onun ”Dayanıqlı şəhərsalma və region planlaşdırılması” ixtisaslaşması əlavə edilib.

COP29

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv