Mahirin komandası 7 qol vurdu - Özü də fərqləndi

media-hightechnic-468x90

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” Almaniya kubokunda mübarizəyə başlayıb.

Yenicag.az xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi “Ayntraxt 1949″un qonağı olub.

Oyun “Kayzerslautern”in 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir start heyətdə yer alıb və görüşün sonuna qədər meydanda olub. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.

Qeyd edək ki, “Kayzerslautern” 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.

“Ayntraxt 1949” – “Kayzerslautern” – 0:7

Qollar: Kunze, 11; Emreli, 15; Ji-Soo, 24; Hanslik, 35; Ritter, 49; Raşi, 72; Taçi, 90+1

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa