Makron Ermənistana səfər edəcək

media-hightechnic-468x90

Fransa Prezidenti Emmanuel Makron xanımı Bricit Makronla birlikdə Ermənistana səfər edəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsindəki canlı yayım zamanı məlumat verib.

Paşinyan bildirib ki, Fransa lideri ilə birlikdə mayın 5-i axşam saatlarında Gümrüdə olacaqlar. Səfər çərçivəsində Gümrünün mərkəzi meydanında Ermənistan-Fransa dostluğuna həsr olunmuş böyük konsert proqramı təşkil ediləcək.

Qeyd edək ki, E. Makronun sözügedən səfəri mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində baş tutur. Hökumətin qərarı ilə Gümrüdəki mədəni tədbirlərin təşkili üçün dövlət büdcəsindən təxminən 393 milyon dram (təxminən 1 milyon dollar) vəsait ayrılıb.

Xatırladaq ki, bu, Makronun 2018-ci ildən bəri Ermənistana ilk rəsmi dövlət səfəridir. Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədin imzalanacağı da gözlənilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05