Malayziyanın Baş naziri Mahathir Məhəmmədd Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldini qəbul edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Yenicag.az-a verilən xəbərdə bildirilir ki, qəbul zamanı Baş nazirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, VI Qlobal Bakı Forumu haqqında ətraflı məlumat verilib. Mərkəzin beynəlxalq əlaqələri, müxtəlif ölkələrdə keçirilən tədbirlər haqqında danışılıb. Qeyd olunub ki müasir dünyada qarşılıqlı dialoq, mədəniyyətlərarası yaxınlaşma olduqca mühüm əhəmiyyətə malikdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyanın müxtəlif regiolarında mövcud olan qlobal xarakterli problemlərin müzakirəyə çıxarılmasında mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, mərkəz öz fəaliyyətində bu problemlərin həllinə töhfə verən ideya və təşəbbüslərin irəli sürülməsinə xüsusi önəm verir.
Qəbul zamanı Baş nazirə 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumu haqqında da məlumat verilib. Malayziya Baş naziri foruma dəvət olunub.
www.yenicag.az