Malinin Sequ əyalətindəki Fulani kəndinə naməlum şəxslər tərəfindən hücum təşkil olunub.
Yenicag.az xəbər verir ki, ovçu forması geyinmiş şəxslər 12 nəfəri öldürüb. Onlar arasında azyaşlı uşaqların da olduğu deyilir.
Mali hüquq-muhafizə orqanları tərəfindən faktla bağlı araşdırmalar başlanılıb.
Qeyd edək ki, bu hadisə son bir ildə Malidə başverən ilk belə fakt deyil.
Son zamanlar müəyyən qruplar tərəfindən etnik təmizləmələr baş verib.
Mütəxəssislərin fikrincə, bəzi güclər Malidəki qəbilələr arasında münaqişələr yaratmaq və ölkədə vətəndaş müharibəsinə yol açmaq istəyir.
www.yenicag.az