Maliyyə naziri Sekutanı qəbul edib

media-hightechnic-468x90

1421842385_robert_frensis_sekutaAzərbaycanın maliyyə naziri, İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri Samir Şərifov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə geniş məlumat verən S.Şərifov Azərbaycan ilə Birləşmiş Ştatlar arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Səfir R.Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə maliyyə, regional əməkdaşlıq, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Samir Şərifov səfir Robert Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa