İngiltərənin “Mançester Siti” klubu aşağı yaş qruplarında işləyərkən onlarla uşağa qarşı seksual hərəkətlər edən məşqçilərə görə üzr istəyəcək.
Yenicag.az xəbər verir ki, bununla bağlı klub rəsmi açıqlama yayıb.
1960-cı ildə Con Broome və 1971-1991-ci illərdə eyni vəzifədə çalışmış Barri Bannellin törətdiyi əməllərə görə zərərçəkmişlərə təzminat da veriləcək.
Təzminatın dəyəri 6 rəqəmli olacaq.
Qeyd edək ki, Bennell 8 və 14 yaşlı 50-yə yaxın uşağa qarşı seksual hərəkətlər edib və bu səbəbdən 30 il həbs cəzasına məruz qalıb. Broome isə 2010-cu ildə ölüb.
Xatırladaq ki, təcavüz qalmaqalı 2016-cı ildə sabiq futbolçu Endi Voodvardın 11 yaşında ikən Bennellin qurbanına çevrilməsini açıqlamasıyla üzə çıxmışdı.
www.yenicag.az