Mariya Stadnik Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib

media-hightechnic-468x90

Qadın güləşi üzrə Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirini lisenziyasız başa vurub.

Yenicag.az xəbər verir ki, yarımfinala yüksələn yeganə təmsilçimiz Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarının bir addımlığında büdrəyib.

50 kq çəkidə çıxış edən 1/4 finalda Qabija Dilyute (Litva) üzərində 10:0 hesablı qələbə qazanan Mariya Paris-2024-ə vəsiqə verən yarımfinalda Oksana Livaça (Ukrayna) məğlub olub – 2:4.

Ona qədər digər güləşçilərimiz də lisenziya qazana bilməyiblər. Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kq) 1/4 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, aprelin 5-də keçirilən yunan-Roma güləşi yarışlarında da millimiz günü lisenziyasız başa vurub. Sabah isə sərbəst güləşçilər xalçaya çıxacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600