Masallıda dəhşət - 9 yaşlı uşaq qəbir daşının altında qalıb öldü

media-hightechnic-468x90

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.

Kənd sakini, 2011-ci il təvəllüdlü Əhəd Səmədov yaxınlıqdakı qəbiristanlıqda oynayarkən qəbir daşlarından biri uşağın üzərinə aşıb.

Hadisə nəticəsində uşaq daşın altında qalaraq ölüb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600