Masallıda ev yandı-Fotolar

media-hightechnic-468x90

f6133e531d9d2a7472001d936f24d043Masallı rayonunda yanğın hadisəsi baş verib.

Hadisə sentyabrın 30-da günorta saatlarında rayonun Boradigah qəsəbə sakini 43 yaşlı Həsənağa Kazımova məxsus ikimərtəbəli fərdi evdə qeydə alınıb. Yanğının söndürülməsindən ötrü hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatə dairəsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, yeddi otaqlı, 2 dəhlizli, ümumi sahəsi 440 kvadratmetr olan evin 1 otağının 20 kv.m ərazisi içindəki məişət əşyaları ilə və həmçinin evin dam örtüyü 20 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğının elektrik naqillərində yaranan qısaqapanma səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600