Maşın və avadanlıqların istehsalı 4,5% artdı

media-hightechnic-468x90

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 mln. manatlıq məhsul istehsal edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7% azalıb.

Dövr ərzində 899 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 26,3% azdır.

Bu ilin 10 ayında ölkədə 1 880 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. Bu ilin noyabrın 1-nə ölkədə 367 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Dövr ərzində ştanqlı quyu nasoslarının istehsalı 60,8%, fəvvarə armaturunun istehsalı 31,9%, mancanaq dəzgahlarının istehsalı 19,7% artıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05