Maskalı şəxslər kişini oğurlamaq istədi
Bir qrup şəxsin zorla qaçırmaq istədiyi kişi polisə şikayət edib.
1973-cü il təvəllüdlü Sahib Xanbutayev fevarlın 15-də Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. O bildirib ki, fevralın 13-də saat 23:40 radələrində Yeni Suraxanı qəsəbəsi Mirqəzəb küçəsi 14-ün qarşısında 3 nəfər naməlum şəxs onu tanımadığı avtomobilə zorla mindirməyə cəhd ediblər.
S.Xanbutayev müqavimət göstərdikdə maskalı şəxslər onu yumruqla vurub qaçıblar.
Araşdırma aparılır.