Mayın 9-u hava necə olacaq?

media-hightechnic-468x90

Havani olchen termometr 280912Azərbaycanda mülayim hava şəraiti davam edəcək, ölkənin bəzi yerlərində havanın temperaturu 26 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Mayın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600