“Mədəni miras keçmişin qalığı deyil, gələcəyin təməlidir” – Şamil Ayrım

media-hightechnic-468x90

“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransı Bakıda öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Azərbaycanın Qarabağda göstərdiyi uğurların bütün dünyaya örnək olduğunu dilə gətirib.

Türkiyəli deputat, eyni zamanda, qeyd edib ki, ermənilər təkcə insanları yurdlarından didərgin salmayıblar. Onlar həm də insanlığın ortaq mirasına zərər vurublar.

Şamil Ayrım Qərbi Azərbaycana qayıdış məsələsinə də toxunub. Deputat qeyd edib ki, qayıdış sadəcə insanların ata-baba torpaqlarına fiziki qayıdışı deyil, həm də mədəni irsin təşəkkülü, restevrasiyasıdır:

“O torpaqlarda var olmuş və dağıdılmış mədəniyyətin bərpası lazımdır. Unutmayaq ki, mədəni miras keçmişin qalığı deyil, gələcəyin təməlidir”.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa