Məhkəmə hökumətdən qızıl pulları qaytarmağı tələb edib

media-hightechnic-468x90

14294084615582638336_750x500ABŞ hökuməti bir neçə il bundan əvvəl müsadirə edilmiş on ədəd qızıl pulu Filadelfiya (Pensilvaniya ştatı) sakininə qaytarmalıdır.

Belə bir qərarı aprelin 18-də federal apelyasiya məhkəməsi qəbul edib.

Yenicag.az azertac-a istinadən  xəbər verir ki, hər biri 20 dollar nominalında olan “ikili qartal” – qızıl pulların sonuncu seriyası 1933-cü ildə Filadelfiyada kəsilib. Qızıl pulun dizaynı ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin şəxsi tapşırığı ilə görkəmli amerikalı heykəltəraş Oqastes Sent-Qodens tərəfindən hazırlanıb.

Böyük depressiya dövrünün pik vaxtlarında Amerika hökuməti qızıl pulları dövriyyədən çıxarıb və 445 min sikkə əridilib. Əridilmədən saxlanılan 20 qızıl pul isə oğurlanaraq dəfələrlə əldən-ələ satılıb. Nəticədə nadir sikkələri İsrael Svitt adlı zərgər satın alıb. O, 10 sikkəni şəxsi kolleksiyaçılara, o cümlədən 1952-ci ildə hərbi çevriliş nəticəsində devrilən Misir kralı I Fərruxa (1920-1965) satıb.

2004-cü ildə Svittin qızı Coan Lanqborda məxsus bank seyfində qalan daha 10 ədəd “ikili qartal” aşkar edilib. Hökumət sikkələri müsadirə edib və 2011-ci ildə məhkəmə müsadirəni qanuni sayıb. Lakin Lanqbord pulların atasının əlinə qanuni yolla keçdiyini bildirərək onları qaytarmaq cəhdlərindən vaz keçməyib.

Hadisədən 10 il sonra apelyasiya məhkəməsi sikkələrin qanunsuz olaraq müsadirə edildiyi və sahibinə qaytarılmalı olduğu qərarını verib. Hazırda qızıl pullar Fort-Noks hərbi bazasının ərazisində yerləşən ABŞ-ın qızıl ehtiyatları saxlancındadır. Ekspertlərin fikrincə, hazırda bu sikkələrin hər birinin dəyəri bir neçə milyon dollardır. Bir vaxtlar kral Fərruxa məxsus olan “qızıl qartal”ın biri 2002-ci ildə hərracda 7,6 milyon dollara satılmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600