Məhkəmə idman jurnalistlərinin işində QƏRAR QƏBUL ETDİ

media-hightechnic-468x90

Bu gün Nərimanov Rayon Məhkəməsində “Sumqayıt” Futbol Klubun prezidenti Riad Rəfiyevin “matc.az” saytının baş redaktoru İxtiyar Əsgərov və “sports.az” saytının baş redaktoru Anar Şabanoğluna qarşı şikayəti əsasında növbəti məhkəmə iclası keçirilib.

Yenicag.az xəbər verir ki, məhkəmə iclasına hakim Nərgiz Tağiyeva sədrlik edib.

Xatırladaq ki, əvvəlki prosesdə hakim iddiaçı tərəfin sübutlarını təqdim etməsi üçün bu günə qədər prosesi təxirə salmışdı.

Bu gün həmin sübutlar məhkəməyə təqdim edilib.

Məhkəmə sübutların ekspertizaya göndərilməsinə dair qərar qəbul edib.

Ekspertizanın rəyi hazır olandan sonra məhkəmə prosesi davam etdiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600