Mehriban Əliyeva mükafatlandırıldı-Foto

media-hightechnic-468x90

f28d6aa452c0afb4b83b8be980a4bd24Bu, Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb.

Fonddan verilən məlumata görə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Mehriban Əliyeva Küveyt Dövlətinin Fəxti diplomu ilə təltif olunub.

Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı Fəxri diplomda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həyata keçirdiyi nəcib xeyriyyə və təbliğat fəaliyyətinə görə Küveyt qadınları adından dərin təşəkkür ifadə olunub və bu istiqamətdəki işlərində uğurlar arzu edilib.

Qeyd edək ki, bu, Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600