Mehriban Əliyevaya orden verildi

media-hightechnic-468x90

25173_rlps0xcetnAzərbaycanın birinci xanımı, Heydar Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə, “Həştərxan vilayəti ilə bağlı xidmətlərinə” görə ordenlə təltif olunub.

M.Əliyeva Həştərxan vilayətindəki xeyriyyə fəaliyyətinə, iqtisadi, sosial və mədəni inkişafa göstərdiyi xüsusi diqqətə görə bu medala layiq görülüb. Belə ki, Heydər Əliyev Fondu Həştərxanda və ətraf ərazilərdə böyük layihələr reallaşdırıb. Orada Heydər Əliyev abidəsi açılıb. Heydər Əliyev adına məktəbin tikilməsi isə planlaşdırılır.

Bundan başqa, Azərbaycan və Rusiya arasında dostluq körpüsü yaradılıb, müqəddəs Vladimir abidəsi və uşaqlar üçün şəhərcik salınıb. Hazırda isə nəzərdə tutulan ən böyük layihələrdən biri uşaq bağçasının tikilməsidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600