Mehriban Xanlarova: “Xoşbəxtlik odur ki, dünyadan köçəndə sənə...”

media-hightechnic-468x90

“Mən ölkəmin “Sarıköynəy”i, “Sahilsiz Gecə”nin Zibeydəsi, “Məhv Olmuş Gündəliklər”in Anjeli, Hacı Zeynalabdin Tağıyevin fədakar, amma talehsiz qızı Sarası, “Manqurt”un Nayman anası, “Şükriyyə” tamaşasında sürgünə məhkum olsa da, haqsızlığa boyun əyməyən Zöhrəsi və sadalamaqla bitməyəcək saysız-hesabsız unudulmaz obrazların yaradıcısıyam”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Aktrisa həyatının ən böyük mükafatının tamaşaçı sevgidi olduğunu bildirib:

“Uzun illər öncə bir gənc məni təsadüfən yolda görüb göz yaşları içində məni qucaqladı və dedi: “sizə ömrümün sonuna qədər borcluyam. Çünki sizin “Məhv olmuş gündəliklər” tamaşasında canlandırdığınız Anjel rolunu izlədikdən sonra imtahandan keçdim”. Bir sənətkar üçün bundan böyük bir mükafat, bundan ülvi bir sevgi ola bilərmi?! Həmin an bir daha anladım ki, əgər bu yolda bir nəfərin belə taleyində iz qoymuşamsa, mənim sənət yolum hədər getməyib”.

Aktrisa ömür boyu vicdanına xəyanət etmədiyini söyləyib:

“Mən xarakter olaraq haqsızlığa qarşı susa və göz yuma bilmirəm. Nə şəxsi həyatımda, nə iş yerimdə, nə də ekspert olaraq iştirak etdiyim sosial verilişlərdə şəxsi maraqlarım naminə vicdanıma xəyanət etməmişəm. Mənim üçün vətəndaşlıq mövqeyi hər zaman bütün statuslardan üstün olub. Ədalətsizliyə qarşı açıq şəkildə vuruşmuşam. Mən dünyaya gələndə şöhrətli doğulmuşam. Elə bu səbəbdən, kimin adını çəkirəmsə, həmin insan da şöhrət qazanır. Həyatın ağır sınaqları mənim üçün heç vaxt son olmayıb. Simurq quşu kimi küllərimdən yenidən doğuram. Mənim üçün bu fani dünyanın mənası odur ki, dünyadan köçdüyün zaman xalq səmimi qəlbdən “Allah rəhmət eləsin” desin. Əsl xoşbəxtlik budur”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa