Meksikada şəhər meri qətlə yetirildi

media-hightechnic-468x90

Meksikanın Uruapan şəhərinin meri Karlos Manso silahlı hücum nəticəsində öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “El Pais” nəşrinə istinadən xəbər verir.

Silahlı hücum ittihamı ilə iki nəfər saxlanılıb, daha bir hücum edən şəxs isə öldürülüb.

Bildirilir ki, hücum şəhər meydanında baş verib. Qətl günü 40 yaşlı Manso Uruapanın ən vacib bayramlarından biri hesab edilən Şam festivalında çıxış edib.

Qısa müddət sonra azı beş dəfə atəş açılıb. O, aldığı yaralardan xəstəxanada ölüb.

Şəhər merinin Meksikanın ən yeni və ən sürətlə böyüyən cinayətkar qruplarından biri olan “Xalisko yeni nəsil” karteli (CJNG) ilə mübarizəyə xüsusi diqqət yetirdiyi vurğulanır./Oxu.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa