Məktəblilər Azərbaycanı belə təmsil etdilər

media-hightechnic-468x90

94810Mayın 3-dən 8-dək Yunanıstanın paytaxtı Afina şəhərində məktəblilərin 32-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərə, İtaliya, İran, Türkiyə, Rumıniya, Serbiya, Bolqarıstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı və digərləri olmaqla, 21 müxtəlif ölkədən 130-a yaxın məktəblinin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər.

Olimpiadada riyaziyyat fənni üzrə məktəblilərimizdən 3-ü bürünc medal qazanıb və 1-i isə həvəsləndirici yer tutub. Belə ki, Bakı məktəblisi X sinif şagirdi Məhəmməd Şirinov, Quba məktəbliləri XI sinif şagirdi İsmət Ağayev və X sinif şagirdi Tahir Nadirov olimpiadanın bürünc medalına, Gəncə məktəblisi IX sinif şagirdi Mirəli Əhmədli həvəsləndirici sertifikata layiq görülüblər.

Komandanın rəhbəri Fuad Qarayevin verdiyi məlumata görə, olimpiadanın təşkilat komitəsi şagirdlərimizin çıxışını yüksək qiymətləndirib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvanına təbrik və xoş sözlər söyləyiblər.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının final mərhələsində fərqlənən şagirdlər arasından mayın ikinci yarısında 56-cı Beynəlxalq Riyaziyyat olimpiadasında iştirak edəcək namizəd şagirdlərin seçimi keçiriləcək və namizəd komanda ilə may-iyun aylarında hazırlıq düşərgəsi başlayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600