!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məleykə Abbaszadə abituriyentlərin intiharı ilə bağlı: "Valideyn onu məcbur edir"

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda iki abituriyentin qəbul imtahanından sonra intihar etməsi məsələsinə münasibət bildirib.

Yenicag.az-ın xəbərinə görə, M.Abbaszadə deyib ki, intihar hadisəsi baş verəndə qəbul imtahanlarının nəticələri hələ açıqlanmamışdı.

Həmişə öz çıxışlarında valideynlərə müraciət etdiyini xatırladan DİM sədri əlavə edib ki, bu prosesdə valideynlərdən çox şey asılıdır: “Ailə istəyir ki, övladı ali təhsil alsın və bunu da onun xoşbəxtliyi üçün istəyir. Uşaq var oxumaq istəmir, ancaq valideyn onu kitab oxumağa məcbur edir. Ola bilər ki, övladının hansısa sahədə əl qabiliyyəti var və bu işlə məşğul olmaq istəyir. Ona görə də yeniyetmələrin fikrini öyrənmək, onlarla ünsiyyətdə olmaq lazımdır”.

Məleykə Abbaszadə bildirib ki, valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini yeniyetmələrdən tələb etməsi düzgün deyil: “Ümumilikdə isə intihar səbəblərini Dövlət İmtahan Mərkəzi ilə əlaqələndirmək doğru deyil. Bizim müxtəlif çarxlarımız var. Bu materiallarla valideynlər də tanış olmalıdır”./Report/

COP29

www.yenicag.az

2988
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv