“Məmurların qanunsuz fəaliyyətinə qarşı…”

media-hightechnic-468x90

10653843_568098089956671_4814112474094452680_n“…nəinki bir vətəndaş, heç bir qeyri-hökumət təşkilatı (QHT) da mübarizə apara bilməz”

İşçi Qrupunda birləşən QHT-lər və vətəndaşlar haqları uğrunda mübarizə aparacaqlar

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri məmurların özbaşınalığına qarşı mübarizə aparmaq üçün birləşərək İşçi Qrupu yaradıblar. İşçi Qrupuna “Müharibə Veteranlarına Sosial Yardım” İctimai Birliyi, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi, Soyqırım və Terror Əleyhdarları Koalisiyası və fəal vətəndaşlar daxil olub. Qrupa ictimai xadimlərin üzv olacağı gözlənilir.

Tədbirdə bildirildi ki, son zamanlar dövlət və hökumət təşkilatlarında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid və əlil olan şəxslərin ailə üzvlərinə qarşı qanunlar pozulur. Məmurlar onların hüquqi statusuna qarşı çıxır, hörmətsizlik, hətta təhqir edirlər. Odur ki, məmur özbaşınalığına qarşı İşçi Qrupunun yaranmasına zərurət var.

“Müharibə Veteranlarına Sosial Yardım” İctimai Birliyinin rəhbəri Rada Abbas bildirdi ki, son zamanlar yüksək vəzifəli məmurların səlahiyyətlərini aşması faktları artıb. Fərdi şəkildə onlara qarşı mübarizə aparmaq mümkün deyil: “Məmurların əlində imkan çoxdur. Onların qanunsuz fəaliyyətinə qarşı nəinki bir vətəndaş, heç bir qeyri-hökumət təşkilatı (QHT) da mübarizə apara bilməz. Vətəndaşlar və QHT-lər birləşərək, fəaliyyətimizi əlaqəli quraraq qanunun bizə verdiyi hüququmuzdan istifadə edərək pozulmuş hüquqlarımızı bərpa etməyə çalışacağıq”.

“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova bildirdi ki, 2010-cu ildən bu günə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin varisləri və aldıqları xəsarətlərdən əlil olmuş şəxslərə ödənilməli olan dövlət icbari sığorta ödənişlərini ala bilmirlər: “Məsələ ilə bağlı məmurların, Milli Məclisin üzvlərinin qəbulunda olmuşuq, problem həll olunmur. Söz verilmişdi ki, 2015-ci ilin dövlət büdcəsində bu məsələ nəzərə alınacaq. Amma olmadı. Pozulmuş hüquqlarımızın bərpa olunması üçün pərakəndə deyil, birlikdə mübarizə aparmalıyıq”.

Hüquqları pozulanlar sırasında Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən evi uçurulan Laçın rayonundan olan məcburi köçkün, torpaqların müdafiəsində iştirak etmiş Faiq İsmayılov da var idi. Onun Buzovna qəsəbəsi Zağulba prospekti ev 61-də mənzili bu ilin oktyabrın 3-də şirkətin işçiləri tərəfindən dağıdılıb. Nəticədə 5 nəfərdən ibarət İsmayılovlar ailəsi evsiz qalıb. Problemlə bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyinə (DİN) və Milli Təhlükəsizlik Nazirliyinə müraciət edilib. Hadisədən bir ay müddət keçsə də, zərərçəkmişə dəymiş ziyan ödənilmir və səlahiyyətini aşan məmurlar cəzalandırılmır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600