“Mənim adım qara siyahıya düşməsə …”

media-hightechnic-468x90

uuuh“Mənim adım qara siyahıya düşməsə Azərbaycandan inciyəcəm”.

media-banner_tuq

Bu sözləri Qarabağda səfərdə olan erməni mənşəli sovet bəstəkarı Mikayıl Tariverdiyevin dul xanımı Vera Tariverdiyeva jurnalistlərə açıqlamasında deyib. Dağlıq Qarabağda “Tariverdiyev günləri” adlı ilə keçirilən 5 günlük proqram çərçivəsində gələn Vera Tariverdiyeva Azərbaycanın qara siyahısına düşməkdən qorxmadığını bəyan edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağa ilk səfəri hələ 2008-ci ildə baş tutub.

Vera Tariverdiyeva gələcəkdə də Qarabağ və Ermənistana səfər etmək fikrində olduğunu vurğulayıb. “Mən əməkdaşlığı davam etdirmək istəyirəm. Hələ nəzərə alsaq ki, 2016-cı ildə Mikayıl Tariverdiyevin 85 illik yubileyi olacaq, bunu çox istərdim”-deyə rusiyalı qonaq bildirib. Xatırladaq ki, əslən Qarabalı olan Mikayıl Tariverdiyev (1931-1996) “Baharın On Yeddi Anı”da daxil olmaqla 132 filmə mahnı bəstələyib. Bundan başqa, o, 4 opera və 4 baletin də müəllifidir(modern.az).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05